Modern.az

Şuşa yol polisi rəisinin düşdüyü qəza ilə bağlı cinayət işi açılıb

Şuşa yol polisi rəisinin düşdüyü qəza ilə bağlı cinayət işi açılıb

Aktual

15 Mart 2022, 17:08

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

 

Qeyd edək ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

 

Xatırladaq ki, “Mercedes” markalı avtomobili idarə edən İlqar Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir. O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru xəsarət alıb. İ.Hümbətov xəstəxanaya yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı