Modern.az

Rusiya sabah defolt elan oluna bilər - Bloomberg

Rusiya sabah defolt elan oluna bilər - Bloomberg

Aktual

15 Mart 2022, 17:48

Rusiya Federasiyasının və onun şirkətlərinin xarici borcu 150 milyard dollara çatır və çərşənbə günü defolt elan oluna bilər.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg iqtisadçıları məlumat yayıb.

Çərşənbə günü, martın 16-da gözlənilən ödənişlə bağlı Rusiyanın maliyyə naziri Anton Siluanov 117 milyon dolların köçürülməsinə göstəriş verib, lakin ödəniş valyutası göstərilməyib.

Rusiya hökuməti deyir ki, bütün borclar ödəniləcək, lakin bu, müharibə səbəbindən tətbiq edilən sanksiyalara görə rublla olacaq. Bloomberg qeyd edir ki, dollar əvəzinə yerli valyutada ödəniş edilməməsi və ya ödənilməməsi 150 milyard dollara yaxın xarici valyuta borcunun potensial defolt dalğasına səbəb olacaq.

Rusiya defolt edərsə, texniki olaraq vəziyyəti düzəltmək üçün 30 günlük güzəşt müddəti (15 aprelə qədər) var.

Rəsmi defolt bəyannaməsi, həmçinin, ölkə və ya şirkət öz borc öhdəliklərini yerinə yetirmədikdə, itkiləri ödəmək üçün nəzərdə tutulmuş kredit defolt svopları, sığorta alətləri üzrə iddialara səbəb ola bilər.

Rusiya bu ay dollarla ödəniş etsə, defolt gecikəcək; ümumiyyətlə ödəməsə, o zaman Rusiya ağır defoltla üzləşəcək.

Beynəxalq Valyuta Fondu bir müddət öncə Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı tətbiq olunan  sanksiyalarla bağlı defolt edə biləcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı