Modern.az

Ermənistan Türkiyə ilə sərhədləri açmaq İSTƏYİR

Ermənistan Türkiyə ilə sərhədləri açmaq İSTƏYİR

Aktual

15 Mart 2022, 21:45

"Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır".

 

Modern.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

 

“Türkiyəli həmkarımdan prosesi bu məqsədə çatdırmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, sürətlə dəyişən dünya şəraitində tərəddüd etmədən konkret addımlar atmalıyıq”, - deyə Mirzoyan söyləyib.

 

O, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müsbət olduğunu  vurğulayıb:

 

“Ermənistan xalqı Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bu, ictimai rəy sorğularında da özünü göstərir. Təbii ki, həm Ermənistanda, həm də Türkiyədə prosesə şübhə ilə yanaşan qruplar var. Hər iki tərəfin rəsmiləri siyasi mövqe tutmalıdırlar. Nazir Çavuşoğlu ilə görüşüm zamanı bəzi məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bunlar nəzərə alınacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı