Dünyada son bir həftə ərzində 11 milyondan çox insan koronavirusa yoluxub, 43 mindən çox insan ölüb. Yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 8 faiz artıb, ölənlərin sayı isə 17 faiz azalıb.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, yanvardan bəri müşahidə olunan azalmadan sonra yeni yoluxma hallarının sayı martın 7-dən 13-ə qədər olan müddətdə 8 faiz artıb.
Son yeddi gündə əvvəlki həftə ilə müqayisədə 17 faiz az ölüm qeydə alınıb. ÜST-ə 11 407 714 nəfərin yoluxması barədə məlumat daxil olub, 43 097 ölüm halı müəyyən edilib.