Ukraynadan 3 milyon insan qaçqın düşüb.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi tviter hesabında bildirib.
“Bu gün daha bir dəhşətli mərhələni keçdik. Üç milyon insan Ukraynanı tərk edib. Müharibə dayandırılmalıdır”, -deyə F. Qrandi qeyd edib.