Rusiya hərbçilərinin hücumu nəticəsində “Fox News”un ukraynalı əməkdaşı Aleksandra Kuvşinova həlak olub.
Modern.az xəbər verir ki, bu barədə telekanalın prodüseri Yonat Frilinq tvitter hesabında məlumat yayıb.
Onun sözlərinə görə, 24 yaşlı Aleksandra telekanal əməkdaşlarının içində olduğu avtomobilin ruslar tərəfindən atəşə tutulması nəticəsində həyatını itirib. Aleksandra “Fox News”un ştatdankənar məsləhətçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, ötən gün Kiyev ətrafında baş verən insident zamanı “Fox News” telekanalının operatoru Pyer Zakrjevski həlak olub, müxbir Bencamin Holl isə yaralanıb.