Modern.az

“Atletiko” və “Benfika” 1/4 finalda – Gecənin nəticələri

“Atletiko” və “Benfika” 1/4 finalda – Gecənin nəticələri

Aktual

16 Mart 2022, 08:39

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, İspaniyanın "Atletiko Madrid" klubu İngiltərədə "Mançester Yunayted"in qonağı olub.

 

Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 41-ci dəqiqədə Renan Lodi vurub. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından səfər qələbəsi Dieqo Simeonenin başçılıq etdiyi kollektivi növbəti mərhələyə çıxarıb.

 

Gecənin digər oyununda "Ayaks" Niderlandda Portuqaliyanın "Benfika" komandasını qəbul edib. Bu görüşdə qonaqlar rəqibi minimal hesabla məğlub edib. Lissabon təmsilçisinin heyətində 77-ci dəqiqədə Darvin Nunyes fərqlənib. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından bu nəticə "Benfika"nı dörddəbir finala yüksəldib.

 

UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları

 

15 mart

"Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1

Qol: Lodi, 41

Baş hakim: Slavko Vinçiç

İlk oyun - 1:1

 

"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Nunez, 77

Baş hakim: Karlos del Serro

İlk oyun - 2:2

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı