Modern.az

ABŞ Senatı Putini hərbi cinayətkar elan etdi

ABŞ Senatı Putini hərbi cinayətkar elan etdi

Aktual

16 Mart 2022, 09:12

ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.

 

Senat Putinin dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyib.

 

Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya Prezidenti Vladimir Putin və onun komandasını, o cümlədən Rusiya ordusunu araşdırmağa çağırır.

 

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı