Modern.az

Müharibəyə etiraz edən Marina 14 saat dindirilib

Müharibəyə etiraz edən Marina 14 saat dindirilib

Aktual

16 Mart 2022, 10:00

Rusiyanın “Pervıy” kanalının canlı efirində yayımlanan “Vremya” verilişində "Müharibəyə yox!" plakatı açan Marina Ovsyannikova 14 saat dindirilib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistin özü məhkəmədən sonra məlumat verib.

 

“Mənə göstərilən dəstək üçün hər kəsə təşəkkür edirəm. Bu dəstək mənim tək olmadığımı bildirir. İki sutkadır ki,  yuxusuzam. Dindirilmə 14 saatdan çox davam etdi. Qohumlarım və yaxınlarımla əlaqə saxlamağa icazə verməyiblər. Məhkəmə məni 30 min rubl (303 AZN) cərimələyib”,- deyə jurnalist bildirib.

 

Qeyd edək ki, Marina Ovsyannikova “Vremya” verilişində Ukraynadakı müharibəyə etiraz edib. Onun canlı yayım zamanı əlində tutduğu plakatın üzərində “Müharibəyə yox! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” sözləri yazılıb. Məlum hadisə dünya arenasında böyük rezonans doğurub. Marina insident səbəbindən saxlanılıb. 

 

Bir anda dünya mediasının qəhrəmanına çevrilən Marinanın atasının ukraynalı, anasının isə rus olduğunu deyilir. Onun bu səbəbdən müharibəyə etiraz etdiyi bildirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı