Qazaxıtanda dövlət başçısının qohumlarının siyasi vəzifə tutmasına qadağa qoyula bilər.
Modern.az xəbər verir ki, bu təşəbbüs Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.
"Dövlət başçısı bütün vətəndaşlar üçün bərabər imkanların sarsılmaz təminatçısı kimi çıxış etməlidir. Ona görə də prezidentin ən yaxın qohumlarının siyasi məmur və dövlət sektorunda rəhbər vəzifələrində işləməsinə qanunvericilik qadağası tətbiq ediləcək”,- deyə Tokayev vurğulayıb.