Prezident Kasım-Jomart Tokayev bildirib ki, yanvar ayında Qazaxıstanda dövlət çevrilişi həyata keçirməyə cəhd edənlər arasında yüksək rütbəli şəxslər, o cümlədən vətənlərinə xəyanət edən hərbi və xüsusi qurumların rəhbərləri də var.
Modern.az xəbər verir ki, prezident bu barədə jurnalistlrin suallarını cavablandırarkən deyib.
"Dövlət çevrilişi etməyə cəhd edənlər arasında tanınmış şəxslər də var idi. Vətənə xəyanət edən yüksək rütbəli məmurlar, satqınlar arasında hərbi və xüsusi təyinatlı qurumların rəhbərləri də var idi", - deyə Tokayev vurğulayıb.
Onun sözlərinə görə, xıyanətkarlar hüquq-mühafizə orqanlarının hərəkətlərinə müdaxilə edib, şəhərlərdəki vəziyyətlə bağlı ölkə rəhbərliyinə yalan məlumatlar veriblər.
"Hakimiyyətin devrilməsi üçün genişmiqyaslı, təfərrüatlı əməliyyat aparıldı, məqsəd ali rəhbərliyi kənarlaşdırmaq idi", - Qazaxıstan prezidenti qeyd edib.