“Rusiya hərbi müdaxiləsinə qarşı müqavimətin 21 gününün nəticələrinə görə, düşmən itkilər verməkdə və müəyyən istiqamətlərdə geri çəkilməkdə davam edir”.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Son 24 saat ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dəyişikliklərə məruz qalmayıb. Ukrayna Silahlı Qüvvələri, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki işğalçı qoşun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyə və fəaliyyətini davam etdirməyə nail olub. Müəyyən istiqamətlərdə əks-hücuma keçilib.
Ötən günün nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin hərəkətləri nəticəsində üç təyyarə (onlardan ikisi Su-34) məhv edilib. Bundan əlavə, bir helikopter, üç əməliyyat-taktiki PUA və iki qanadlı raket vurulub. Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası yer hədəflərinə raket və bomba zərbələri endirməyə davam edib. Təchizat sütunlarına və işğalçı qoşunların toplanmasına 9 hava hücumu həyata keçirilib.
Eyni zamanda, işğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.
Düşmən müəyyən istiqamətlərdə itkilər verməkdə və geri çəkilməkdə davam edir. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş xətlərin və müdafiə sahələrinin mühafizəsinə və saxlanmasına yönəlib", - Baş Qərargahın yaydığı məlumatda qeyd olunub.