Modern.az

Bu il 306 kq narkotik müsadirə edilib

Bu il 306 kq narkotik müsadirə edilib

Aktual

16 Mart 2022, 10:35

Bu ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 30 fakt aşkar edilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından  Modern.az-a verilən məlumata görə, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 306 kq 692,833 qr və 3153 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

 

2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235 min ABŞ dolları) kimi qiymətləndirilir.

 

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 330 nəfərindən 268-nin istifadəçi olması müəyyən oluub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

 

Bildirilib ki, cari ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 349 vətəndaş müraciəti daxil olub. Onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 137-si narkotik asılılıqdan müalicə, 174-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

 

Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 175 məktub ünvanlanıb.

 

Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı