Modern.az

Köçkünlər azad olunmuş torpaqlara qaytarılmağı xahiş ediblər

Köçkünlər azad olunmuş torpaqlara qaytarılmağı xahiş ediblər

Aktual

16 Mart 2022, 10:20

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Beyləqan rayonunda məskunlaşmış köçkünlərlə səyyar-qəbul keçirib.


Beyləqan rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi davam etdirildiyini bildirib.  O qeyd edib ki,  Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsi, onların problemlərinin yerində həll olunması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.


Səyyar qəbulda Beyləqan rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib, irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin  həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.


Beyləqan rayonunda məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.

           
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı