Modern.az

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Aktual

16 Mart 2022, 10:56

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

 

Modern.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev tutduğu vəzifədən azad edilərək Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

 

Nazirin digər əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi vəzifəsindən azad edilərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!