Modern.az

“Nizami Gəncəvi.Unudulmuş nəşrlər” kitabının uğurları

“Nizami Gəncəvi.Unudulmuş nəşrlər” kitabının uğurları

Aktual

16 Mart 2022, 11:10

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə töhfə olan bu  kitab BP şirkətinin dəstəyi ilə nəşr  edilib. 564 səhifə həcmində olan bu dəyərli nəşrin “Libraff” kitab mağazasında geniş təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə BP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbərliyindən Bəxtiyar Aslanbəyli, Tamam Bayatlı Önər, millət vəkili Rafael Hüseynov, kitabı nəşrə hazırlayan professor Nəsiman Yaqublu çıxış etmişlər.

 

Azərbaycanın tanınmış alimlərinin, ziyalılarının, media təmsilçilərinin iştirak etdiyi təqdimat mərasimində aktyorların və müğənnilərin ifasında Nizami irsi ilə bağlı şeirlər, mahnılar da səsləndirilib.

 

Kitabın tərtibatçısı və yazıları Türkiyə türkcəsindən transliterasiya edən və redaktor professor Nəsiman Yaqublu “Nizami Gəncəvi.Unudulmuş nəşrlər” kitabının əhəmiyyəti haqqında belə bilgilər verdi:

 

-Təbii ki, ilk olaraq  kitabın nəşrinə dəstək olmuş BP şirkətinə təşəkkürümüzü bildirirk.Bu kitab böyük şairin 880 illiyinə  ciddi töhfədir.Məqsədimiz isə yubiley ilində  Nizami haqqında nəşr edilməmiş yazıları oxuculara çatdırmaqdır.Kitabımızın daha maraqlı olması üçün  oxuculara Nizami haqqında ilk məlumatları yazmış  Azərbaycan  tədqiqatçılarnın  məlumatlarını da daxil etdik.Yəni ilk olaraq Çar Rusiyası dövründə araşdırma aparanlar -A.Bakıxanov,M.F.Axundov, M.Axundov, F.Köçərli. Azərbaycan Cümhuriyyəti dövründə araşdırma aparanlar-A.Ziyadxan.Mühacirət dövründə araşdırma aparanlar- M.Ə.Rəsulzadə, M.Ə.Rəsulzadə(Rəsuloğlu), Ə.Cəfəroğlu, M.S.Aran, F.İlgaz, Ə.Atəş. Kitabda ilk dəfə olaraq N.Gəncəvi haqqında beynəlxalq efirdə “Amerikanın səsi” radiosunda yayımlanmış(1952-ci ildə) verilişin də mətnini təqdim etdik.Eyni zamanda N.Gəncəvi haqqında yazıların nəşr edildiyi mühacirət mətbuatı orqanlarının fotolarını və dəyərli arxiv sənədlərini də kitaba əlavə etdik.Nizami əsərlərindəki miniatürlər də ciddi işlənib yüksək keyfiyyətdə oxuculara çatdırılıb.Bundan əlavə kitabda mətnin asan oxunması üçün  fars,ərəb,osmanlı kökənli   sözlərin lüğəti tərtib edibvə müəyyən izahları da hazırladıq.

 

M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri də müəllifin üslubu qorunaraq və əvvəlki nəşrlərdəki qüsurlar aradan qaldırılaraq təqdim olunmuşdur.,Qeyd edim ki, bu istiqamətdə nə Nizaminin adını daşıyan Ədəbiyyat institutu, nə də onun adı ilə bağlı Ədəbiyyat muzeyi 880 illik yubileyə belə bir töhfə vermədilər, yəni bu zəngin yazılar onlar tərəfindən toplanıb oxuculara çatdırılmadı.70 il sovet dövründə qadağan edilmiş bu zəngin sərvəti biz ilk dəfə olaraq Azərbaycan ictimaiyyətinə çatdırdıq.

 

Bu kitabın nəşri ilə Azərbaycan Nizamişünaslığına aşağıdakı yeniliklər gətirilib:1) İlk dəfə olaraq Nizami haqqında M.Ə.Rəsulzadənin yeni yazıları nəşr edilir;2) M.Ə.Rəsulzadənin(Rəsuloğlunun) Nizami haqqında məqaləsi ilk dəfə çap olunur;3)Nizami haqqında yazan ilk qadın araşdırıcının(Fatma İlgazın) yazısı təqdim edilir;4) Nizami haqqında ilk beynəlxalq radio verilişinin mətni açıqlanır;5)Görkəmli alim Ə.Cəfəroğlunun Nizami haqqında araşdırmaları müəyyənləşir;6) Tanınmış mühacir M.S.Aranın Nizami haqqında yazısı ilə bağlı bilgilər alırıq.

 

Qeyd edirəm kitabda toplanmış yazılar ideologiyadan kənar araşdırmalardır(sovet Nizamişünaslığından fərqli olaraq) və böyük şairin yaradıcılığının yeni çalarlarının öyrənilməsinə imkanlar açır.Bu kitabın nəşri ilə Azərbaycan Nizamişünasları böyük şairin əsərlərinin və şəxsiyyətinin öyrənilməsi yazılarına və tədqiqatlarına   həm də yenidən yanaşmalıdır.Çünki bu kitabda təqdim olunan yazılar belə obyektivliyi ortalığa qoyur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı