Modern.az

Prezident və xanımı İbrahimbəyovun vida mərasiminə əklil göndərdi

Prezident və xanımı İbrahimbəyovun vida mərasiminə əklil göndərdi

Aktual

16 Mart 2022, 12:08

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib.

 

Modern.az xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

 

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı