“Rusiyanın Ukraynaya hücumu qəbuledilməzdir. Hücumlar dayandırılmalıdır. Danışıqların aparılması üçün təşəbbüs göstəririk”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.
“İki ölkənin xarici işlər nazirlərinin Antalyada Diplomatiya Forumunda bir arada olması bizim üçün uğurdur. Qarşıdakı günlərdə də belə müzakirələrə ev sahibliyi etməyə hazırıq. Digər dövlətdə olan müzakirələri də dəstəkləyirik. Bu müharibənin qalibi olmayacaq”,- TBMM sədri vurğulayıb.