Modern.az

COVID-19 pasportları 10,3 milyon dəfə yoxlanılıb

COVID-19 pasportları 10,3 milyon dəfə yoxlanılıb

Aktual

16 Mart 2022, 12:32

Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə 2021-ci ilin sentyabr ayının 1-dən istifadəyə verilmiş “CheckApp” mobil tətbiqi üzərindən COVID-19 pasportları təqribən 10,3 milyon dəfə yoxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) hesabatında bildirilib.

 

Həmçinin, qeyd edilib ki, Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 438 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7% artıb. Ən son statistik göstəricilərə əsasən portalda istifadəçi sayı 1,367 milyon nəfərdir.

 

Gülşən

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı