Modern.az

BP Cəbrayılda elektrik stansiyası tikəcək

BP Cəbrayılda elektrik stansiyası tikəcək

Aktual

16 Mart 2022, 12:32

Cəbrayılda bp şirkətinin tikəcəyi 240 meqavatt gücündə günəş elektrik stansiyasının investisiya dəyəri təxminən 200 milyon dollar olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.

 

"bp ilə imzalanmış saziş çərçivəsində Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün tədqiqat işləri aparılır. Bundan başqa, Qarabağda kiçik su elektrik stansiyalarının bərpası planlaşdırılır. Bugünədək artıq 4 kiçik su elektrik stansiyası bərpa olunub. Həmçinin, bu il beş kiçik su elektrik stansiyasının tikintisi planlaşdırılır", - deyə o bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsinin inkişaf prioritetlərindən biri layihələrin özəl sektorla birgə reallaşdırılmasıdır.

 

"Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində bir sıra analoji layihələrin reallaşdırılması planlaşdırılır", - T.Əmmayev deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı