Modern.az

Lavrov: “Ukrayna ilə danışıqlar yaxşı getmir”

Lavrov: “Ukrayna ilə danışıqlar yaxşı getmir”

Aktual

16 Mart 2022, 12:36

Rusiya və Ukrayna arasında danışıqlar yaxşı getmir, lakin kompromis üçün müəyyən ümidlər var.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"Mən danışıq aparanların verdiyi qiymətləndirmələri rəhbər tuturam. Onlar bəyan edirlər ki, danışıqlar məlum səbəblərə görə asan deyil. Buna baxmayaraq, güzəştə müəyyən ümidlər var",- deyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar videoformatda davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!