Modern.az

Avropanın ən böyük stadionunun adı dəyişdirilir

Avropanın ən böyük stadionunun adı dəyişdirilir

Aktual

16 Mart 2022, 13:28

"Barselona"nın stadionunun adı "Spotify" şirkəti ilə sponsorluq müqaviləsinə görə dəyişilir. 

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anlaşma iyuldan etibarən qüvvəyə minəcək və 4 il davam edəcək. 

 

Müqaviləyə əsasən, növbəti mövsümdən "Barselona"nın "Nou Kamp" stadionu "Spotify Nou Kamp" adlandırılacaq. 

 

Qeyd edək ki, 1957-ci ildə tikilən "Nou Kamp" 99 min 354 tamaşaçı tutumuna malikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!