Modern.az

Ağır qəzada yaralananlar xəstəxanaya aparılıb - YENİLƏNİB

Ağır qəzada yaralananlar xəstəxanaya aparılıb - YENİLƏNİB

Aktual

16 Mart 2022, 14:50

Bakıda aeroport yolunda baş verən ağır qəzada 3 nəfər xəsarət alıb.

 

Bu barədə Modern.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

 

Bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub:

 

“Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.

 

***

14:10 

 

Bakıda betonqarışdıran maşın yolda hərəkətdə olan minik avtomobilinin üstünə aşıb.

 

Bakı şəhər DYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a açıqlamasında bildirib ki, betonqarışdıran maşın "Opel" markalı maşının arxasından dəyib. Toqquşmanın təsirindən betonqarışdıran maşın minik avtomobilinin üstünə aşıb, yaralılar var.

 

Hadisə yerinə Suraxanı RPİ və FHN əməkdaşları cəlb olunub. Hazırda yolda hərəkət DYP tərəfindən tənzimlənir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı