Modern.az

Putin rusiyalı iş adamları ilə yenidən görüşəcək

Putin rusiyalı iş adamları ilə yenidən görüşəcək

Aktual

16 Mart 2022, 14:54

Prezidenti Vladimir Putin rusiyalı iş adamları ilə görüş praktikasını davam etdirəcək.
 

Modern.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Görüşlərin praktikasına gəlincə, təbii ki, bunlar ölkəmizdə bizneslə məşğul olan, investisiya yatıran, iş yerləri yaradan, texnologiyaları inkişaf etdirən sahibkarlardır. Və təbii ki, hökumətlə, o cümlədən prezidentlə dialoq davam edəcək", - Peskov deyib.

Fevralın sonunda – Rusiya-Ukrayna müharibəsi fonunda Putin biznes ictimaiyyətinin nümayəndələri - ən böyük şirkət və müəssisələrin rəhbərləri, ən böyük işəgötürənlərlə görüşmüşdü.

Qeyd edək ki, əksər Qərb dövlətləri məşhur rusiyalı iş adamlarına ciddi sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində rusiyalı oliqarxlar milyardlarla dollar ziyana düşüblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı