Modern.az

Paytaxt məktəblərində monitorinq keçirilib

Paytaxt məktəblərində monitorinq keçirilib

Aktual

16 Mart 2022, 13:36

Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərinin şagirdləri üçün buraxılış imtahanı fənn bloku üzrə monitorinq təşkil olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən xəbərə görə, İdarə tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

 

Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.

 

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı