Modern.az

Aİ baş katibinin müavini Ukraynaya görə Bakıya gəlir

Aİ baş katibinin müavini Ukraynaya görə Bakıya gəlir

Aktual

16 Mart 2022, 15:08

Avropa İttifaqı (Aİ) baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Enrike Mora Ukraynadakı vəziyyət fonunda Azərbaycan rəhbərliyi ilə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Bakıya gəlir.

Modern.az xəbər verir ki, bu barədə Moranın özü tvitter səhifəsində yazıb.

 

"Bakıda mən Azərbaycan rəsmiləri ilə görüşmək və Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun üçüncü iclasına sədrlik etmək niyyətindəyəm. Rusiyanın Ukraynaya təcavüzü və onun daha geniş regional nəticələrinə dair ümumi çağırışlar sıx əməkdaşlıq tələb edir. Aİ regionun sülh və təhlükəsizliyi baxımından qətiyyətə sadiqdir. ”, - deyə Mora bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı