Modern.az

Azərbaycana 2800-ə yaxın Ukrayna vətəndaşı gəlib

Azərbaycana 2800-ə yaxın Ukrayna vətəndaşı gəlib

Aktual

16 Mart 2022, 15:26

Ukraynadan 9500-dən artıq şəxs Azərbaycana təxliyə olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov məlumat verib.

 

Xidmət rəisi deyib ki, Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır. Onların 2800-ə yaxını son 15 gün ərzində ölkəmizə daxil olanlardır:

 

"Sığınacağa daxil olanlarla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan arasında ölkədə qalma müddəti 90 gündür. Həmin şəxslərin bu müddətdə ölkədə olması leqal sayılır. Bizə hələ ki çoxsaylı sığınacaq müraciəti daxil olmayıb".

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV