Modern.az

Həkim məsləhəti olmadan vitamin içmək olmaz!

Həkim məsləhəti olmadan vitamin içmək olmaz!

Aktual

16 Mart 2022, 15:24

“Həkim məsləhəti olmadan alınan dərmanlar bizə faydadan çox zərər verə bilər. Hətta həkim məsləhəti olmadan vitamin qəbulu da təhlükəlidir".

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bildirib.

 

Həkim qeyd edib ki, vitamin çatışmazlığını dəqiqləşdirmək üçün analiz verilməlidir:

 

"Çox hallarda reseptsiz alınan vitamin qəbuluna görə bədəndə fəsadlar yaranır. “D” vitamini əskikliyi bizdə çox olur. Günəş şüalarından ala bilmədiyimiz vitamini ağızdan qəbul edirik”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!