Rusiya Ukraynanın İsveç və ya Avstriya nümunəsində silahsızlaşdırılmış dövlətə çevirmək ideyasını nəzərdən keçirməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Belə variant hazırda müzakirə oluna və real kompromis hesab edilə bilən variantdır”, -deyə Peskov Kiyevin təklifinə müsbət yanaşıb.
Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirmişdi ki, rəsmi Kiyev danışıqlarda Ukraynada öz ordusu ilə silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edib.