Modern.az

İbrahimbəyovun oğlu Prezidentə və birinci xanıma təşəkkür etdi

İbrahimbəyovun oğlu Prezidentə və birinci xanıma təşəkkür etdi

Aktual

16 Mart 2022, 16:24

Mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu, rejissor Fuad İbrahimbəyov ailəsinə göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

 

Modern.az-ın məlumatına görə, o, bu barədə Rüstəm İbrahimbəyovla vida mərasimində deyib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Nizami Kino Mərkəzində keçirilən mərasimə qatılan sənət nümayəndələri mərhum rejissorla bağlı xatirələrini bölüşüblər. Mərasimdən sonra Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı