Modern.az

Naftalanda Şəhid və qazi ailələrinə bayram sovqatı paylanılıb

Naftalanda Şəhid və qazi ailələrinə bayram sovqatı paylanılıb

Aktual

16 Mart 2022, 16:34

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da Vətən müharibəsi Şəhidlərinin, qazilərin və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır.

 

Modern.az xəbər verir ki, Novruz bayramı münasibətilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri və qazi ailələri ziyarət edilmiş, onlara bayram sovqatları paylanılıb.

 

Şəhid və qazi ailələri bu əziz gündə Novruz bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya xoş arzularını ifadə ediblər.

 

Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı