Bu gün "Azəriqaz" İB rəsmiləri Bərdə rayonunda "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla görüşüblər.
Birlikdən Modern.az-a verilən məlumata görə, aksiyada sahibkarlarla yanaşı, sakinlər də öz problemlərini səsləndiriblər.
Ünvanlanan bir sıra müraciətlər yerindəcə həllini tapıb. Digər müraciətlərin araşdırılması, nəzarətə götürülməsi ilə bağlı tapşırıq verilib. Görüşdə Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.
Qeyd edilib ki, bu gün "Açıq mikrofon" aksiyası çərçivəsində təşkil olunan görüş ümumilikdə sayca 47-ci, sahibkarlarla 23-cü görüşdür.