Modern.az

DİM onlayn apellyasiya təşkil edəcək

DİM onlayn apellyasiya təşkil edəcək

Aktual

16 Mart 2022, 17:46

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün keçirilmiş Azərbaycan dili imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya təşkil ediləcək.

 

DİM-dən Modern.az-a bildirilib ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün yaradılmış Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev, 299 ünvanında fəaliyyət göstərir. Komissiyaya müraciət etmək istəyənlər martın 16-17-də DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Şagirdlər Apellyasiya Komissiyasına martın 17-18-də saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Xatırladaq ki, imtahan martın 14-də keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı