Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 077 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9633 nəfər vəfat edib. Aktiv xəstə sayı 1457 nəfərdir.
Ölkədə son sutka ərzində 5337, hazırkı dövrədək isə 6 646 110 test aparılıb.
