Modern.az

Rus oliqarxın 4 milyonluq villası müsadirə edildi

Rus oliqarxın 4 milyonluq villası müsadirə edildi

Aktual

16 Mart 2022, 18:47

İtaliya polisi rusiyalı oliqarx Petr Avenin villasının üzərinə həbs qoyub.

 

Modern.az xəbər verir ki, martın 16-da maliyyə polisi Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş rusiyalı oliqarxlara məxsus aktivlərin müsadirəsinə başlayıb.

 

Sardiniya adasının Sassari əyalətində rusiyalı oliqarxa məxsus, dəyəri təxminən 4 milyon avro olan daşınmaz əmlak kompleksi müsadirə edilib.

 

Qeyd edək ki, İtaliya indiyədək rusiyalı oliqarxlara məxsus ümumi dəyəri 143 milyon avro olan yaxta və daşınmaz əmlak üzərinə həbs qoyub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...