Modern.az

Rus hərbçilərin qaçırdığı mer azad OLUNDU

Rus hərbçilərin qaçırdığı mer azad OLUNDU

Aktual

16 Mart 2022, 21:31

Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov girovluqdan azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Kiril Timoşenko bildirib.

 

Onun sözlərinə görə, Fedorovun rus əsarətindən azad edilməsi üçün xüsusi əməliyyat başa çatıb.

 

Qeyd edək ki, ötən həftə Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov Rusiya hərbçiləri tərəfindən qaçırılmışdı. 

 

Bundan əvvəl İvan Fedorov Rusiya ilə əməkdaşlıq təklifini rədd edib və şəhərin humanitar fəlakətin astanasında olduğunu bildirib. Rusiyalı hərbçilər onu böhran mərkəzindən naməlum istiqamətdə aparıblar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!