Modern.az

Ağdam, Füzuli və Cəbrayıla səhra missiyası həyata keçirilib

Ağdam, Füzuli və Cəbrayıla səhra missiyası həyata keçirilib

Aktual

16 Mart 2022, 21:57

"Avropa İttifaqı, BMT və Dünya Bankının birgə “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında bildirib.

 

"İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir", - H.Hacıyev qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı