Rusiya ordusu Mariupol şəhərində dinc sakinlərin sığındığı teatr binasını bombalayıb.
Modern.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qırıcıları Mariupolda yüzlərlə dinc sakinin saxlandığı binaya hücum edib. Hava zərbələrindən sonra dram teatrının mərkəzi hissəsi dağılıb. Ölən və yaralıların olduğu bildirilir.