Modern.az

Zelenski Almaniya parlamentində çıxış edəcək

Zelenski Almaniya parlamentində çıxış edəcək

Aktual

17 Mart 2022, 07:55

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniya parlamenti qarşısında çıxış edəcək.

 

Modern.az-ın məlumatına görə, Zelenski bu barədə videomüraciətində deyib.

 

Prezident qeyd edib ki, gün ərzində Ukraynanın tərəfdaşları və dostları ilə danışıqlar aparıb. O, Ukraynaya daha çox dəstək, Rusiyaya daha çox təzyiq üçün mübarizəni davam etdirəcəyini vurğulayıb.

 

Rusiya ilə danışıqları şərh edən Zelenski təmasların davam etdiyini bildirib: "Bizim üçün sülh naminə Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə danışır. Mən istəyirəm ki, bütün vətəndaşlarımız, Ukrayna vətəndaşları indi məni eşitsinlər: danışıqlar davam edir, Ukrayna naminə danışıqlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı