Kanada öz hava məkanını Belarus təyyarələri üçün bağlayıb.
Modern.az xəbər verir ki, bu barədə Kanadanın nəqliyyat naziri Ömər Əlqabra "Twitter" hesabında bildirib.
“Biz Belarusun Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzünü dəstəkləməsinə cavab olaraq Belarus təyyarələrinin Kanada hava məkanına daxil olmasını qadağan edirik”, - Alqabra qeyd edib.