Modern.az

NATO Ukraynaya sülhməramlı göndərə bilər

NATO Ukraynaya sülhməramlı göndərə bilər

Aktual

17 Mart 2022, 09:00

NATO-nun növbəti sammiti zamanı Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təklifi təqdim olunacaq.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

 

“Biz sülhməramlı missiya ideyasını ən yaxın müttəfiqlərimizlə müzakirə etdik. Bu təklif NATO-nun növbəti sammitində qaldırılacaq”, - Baş nazir qeyd edib.

 

O, hazırda bu ideyanın bir çox Avropa ölkələrində müzakirə olunduğunu bildirib.

 

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vurğulayıb ki, Kiyev BMT-yə hələ 2015-ci ildə sülhməramlı əməliyyata başlamağı xahiş edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı