Modern.az

Kiyevdə vurulan Rusiya raketi binanı dağıtdı

Kiyevdə vurulan Rusiya raketi binanı dağıtdı

Aktual

17 Mart 2022, 09:20

Kiyevdə vurulan Rusiya raketinin qalıqları hündürmərtəbəli binada dağıntılara və yanğına səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

 

"Martın 17-si səhər saat 05:02-də Xilasetmə Xidmətinə paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğının baş verməsi və dağılması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yaxınlıqdakı yanğınsöndürənlər və xilasedicilər gəlib. Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, raketin qalıqlarının yerə düşməsi nəticəsində 16-cı mərtəbədəki mənzildə yanğın baş verib. Xilasedicilər yanğını söndürməyə müvəffəq olublar. 11-ci və daha yuxarı mərtəbələrdən mənzillərin sakinləri təxliyə olunub, tikililərin sökülməsi və insanların axtarışı üçün xilasetmə işləri aparılır", - qurumdan bildirilib.

 

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı