Modern.az

Rusiyanın bir gündə 5 qırıcısı MƏHV EDİLDİ

Rusiyanın bir gündə 5 qırıcısı MƏHV EDİLDİ

Aktual

17 Mart 2022, 09:54

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Rusiyanın 10 hava qüvvəsini məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat mərkəzi məlumat yayıb.

 

“Ötən gün ərzində düşmənin 10 hava hədəfi məhv edilib: iki Su-34 qırıcı-bombardmançı, üç Su-34SM qırıcısı, üç helikopter və bir operativ-taktiki PUA. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri işğalçıların aviasiyasını havada hökmranlıq etmək imkanından məhrum etmək üçün aktiv fəaliyyətini davam etdirir”, - məlumatda deyilir.

 

Eyni zamanda, qeyd olunub ki, vurulan daha bir təyyarənin növü və pilotların ölümü ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı