Modern.az

6 dövlətin tələbilə BMT TŞ bu gün Ukraynanı müzakirə edəcək

6 dövlətin tələbilə BMT TŞ bu gün Ukraynanı müzakirə edəcək

Aktual

17 Mart 2022, 09:58

Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş ediblər.

Modern.az xəbər verir ki, bu haqda Britaniyanın BMT-dəki nümayəndəliyinin Tvitter-dəki yazısında bildirilib.
 

“Böyük Britaniya, Albaniya, İrlandiya, Norveç, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının Ukraynaya görə iclasının keçirilməsini xahiş ediblər”, - yazıda deyilir.


Verilən məlumata görə, Ukraynadakı vəziyyətə həsr olunmuş iclas martın 17-də  günün ikinci yarısına planlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı