Modern.az

ABŞ Ukraynaya göndərilən silahları gizlədir

ABŞ Ukraynaya göndərilən silahları gizlədir

Aktual

17 Mart 2022, 10:26

ABŞ məsləhətləşmələrin gedişini və hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılmasını ictimaiyyətdən gizli saxlayacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

 

Onun sözlərinə görə, Vaşinqton silahların harada olduğunu dərc etməyəcək:

 

“Biz danışıqları gizli saxlamaq niyyətindəyik. Bir neçə tərəfdaşla məsləhətləşmələr aparırıq. İlk növbədə, ölkəmizin hərbçilərinə tanış olan hava hücumundan müdafiə sistemləri Ukraynaya göndəriləcək. ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər. Birləşmiş Ştatlar hələ də Polşanın MiQ-29-u Ukraynaya verməsinin effektiv addım olmayacağını, əksinə Ukraynada vəziyyətin gərginləşməsinə səbəb olacağına inanır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!