Modern.az

GDU-də Elmi Şuranın növbədənkənar yığıncağı keçirilib

GDU-də Elmi Şuranın növbədənkənar yığıncağı keçirilib

Aktual

17 Mart 2022, 12:20

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbədənkənar yığıncağı keçirilib.

 

Modern.az xəbər verir ki, yığıncağı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş və gündəlikdə duran məsələlərlə tanış edib.

 

Uzun illər universitetdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru işləmiş, mərhum Fəxrəddin Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra həmin vəzifəyə təyinat almış Xurşudov Şahin Nadir oğlunun təqdimatı keçirilmişdir. Şura üzvləri Şahin Xurşudovun universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunmasını yüksək dəyərləndirmiş və əminliklə bildirmişlər ki, o, uzun illərdir ki, ali təhsil ocağının kollektivi arasında böyük hörmət və nüfuz qazanmışdır. Odur ki, onun bu vəzifəyə təyinatı bütün universitet kollektivi tərəfindən razılıqla qarşılanıb.

 

Yığıncaqda universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru təyin edilən Xurşudov Şahin Nadir oğlu çıxış edərək tərcümeyi-halı və elmi uğurları barədə şura üzvlərinə ətraflı məlumat vermişdir. Şura üzvləri çıxış edərək onu təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Sonra gündəlikdə duran ikinci məsələ-coğrafiya kafedrası müdirinin 5 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilərək müzakirə edilmişdir. Şura üzvləri kafedranın fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı