Modern.az

Zelenski: “Avropa ilə bizim aramızda divar var”

Zelenski: “Avropa ilə bizim aramızda divar var”

Aktual

17 Mart 2022, 13:05

“Son üç həftə ərzində Rusiyanın hücumu nəticəsində minlərlə ukraynalı həlak olub, 100-dən artıq uşaq həyatını itirib. Bütün bunlar müasir dünyada, Avropanın mərkəzində göz qarşısında baş verir”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

Prezidentin sözərinə görə, ruslar üçün hərbçilərlə mülki şəxslərin heç bir fərqi yoxdur:

 

“Onlar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər. Mariupol şəhəri yerlə-yeksan edilib. Minlərlə adam ölür. Avropa ilə bizim aramızda divar var. Ona görə siz baş verənləri görmürsünüz. Divarın biz olan tərəfinə keçsəniz, dediklərimizi görəcəksiniz.”, - dövlət başçısı vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı