Modern.az

“İşə düzəltmək” üçün vətəndaşdan 5 min aldı

“İşə düzəltmək” üçün vətəndaşdan 5 min aldı

Aktual

17 Mart 2022, 12:56

Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Qazax rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində  pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin  178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb.

 

Rəsmi məumata görə, hazırda iş üzrə istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı