Modern.az

Bombalanan teatrda möcüzə - Hamı sağ qaldı

Bombalanan teatrda möcüzə - Hamı sağ qaldı

Aktual

17 Mart 2022, 13:12

Mariupoldakı Dram Teatrının sığınacağı hava zərbələrinə tab gətirib, insanlar sağdır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Serhiy Taruta “Facebook” səhifəsində məlumat paylaşıb.

 

“Dəhşətli qeyri-müəyyənlik gecəsindən sonra müharibənin 22-ci gününün səhəri, nəhayət, Mariupoldan xoş xəbər! Hər şey qaydasındadır”,- məlumatda deyilir.

 

Qeyd edək ki, ötən gün Rusiya ordusu yüzlərlə mülki şəxslərin sığındığı Mariupol Dram Teatrının binasını bombalayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı