Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yarımstansiyada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən Modern.az-a verilən xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
13:59
Abşeron rayonun və Xırdalan şəhərinin bir çox hissələrində elektrik enerjisinin təchizatı dayandırılıb.
Modern.az xəbər verir ki, buna səbəb “Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında yanğın baş verməsidir.
Hazırda hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində işlər aparır.
Həmçinin bildirilib ki, "Azərişıq" əməkdaşları əhalinin elektrik enerjisilə təminatını bərpa etmək üçün çalışırlar.